3 May 2014 11:09
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın lüks avtomobil istehsalçılarından ən məşhuru olan “Mersedes” şirkəti Çindəki 66 min 692 avtomobilini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, Çinin Keyfiyyətə Nəzarət etmə və Karantin İdarəsinin açıqlamasına görə, vasitələrin geri çağırılma səbəbi avtomobillərin arxa stoplarıdır. Nasaz arxa stopların avtomobil qəzaların riskini artırdığı da qeyd edilib. Geri çağırma əməliyyatı “Mersedes”in 2007-2011-ci illər arası C sinfi modellərini əhatə edir.


Müəllif: Teleqraf.com