Türkiyənin illik 3,5 milyard dollar ixracat həyata keçirdiyi Səudiyyə Ərəbistanında türk mallarına ciddi maneələr yaradılır.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, türk malları, xüsusilə qida məhsullarını daşıyan konteynerlər həftələrlə gömrük məntəqələrində gözlədilir.
Səudiyyə şirkətlərinə Türkiyə istehsalı olan malları almamaları təşviq edilir. Eyni zamanda Türkiyəyə yatırım edənlərə təzyiqlər göstərilir. İddiaya görə, Səudiyyə Ərəbistanında işləyən türklərin razılaşmaları da ləğv edilir.
Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ticarət və Sənaye Təşkilatının rəhbəri Ajlan əl-Ajlan sosial mediada türk mallarına qarşı sanksiyaların tətbiq edilməsi vacibliyini elan etmişdi.
Bu dəfə isə Səudiyyə Ərəbistanını idarə edən səud ailəsindən boykot çağırışı gəlib. Səudiyyə şahzadəsi Əbdülrəhman Bin Musa Əl-Səud Prezident Ərdoğanın Qətərdəki türk ordusunun körfəzdə təhlükəsizliyə maneə olmasını elan edərək türk mallarının boykot edilməsi çağırışını edib.
Qeyd edək ki, şahzadəni Tvitter hesabında 7,9 milyon insan izləyir. Tanınmış iş adamı olan şahzadə “Hər kəsi türk mallarını boykot etməyə çağırıram” deyə fikrini dəqiq ifadə edib.
Bildirilir ki, hazırda Səudiyyə Ərəbistanın Kralı Salman şahzadə Əbdülrəhman Əl-Səudun əmisidir.
Onu da əlavə edək ki, bir neçə gün əvvəl İrəvanda da türk mallarının boykot edilməsinə dair çağırış edilib.