Türkiyə Avropa Birliyinin (AB) üzv qəbul edilərsə, təşkilatın 60 minlik ordusunun qurulmasında yardımçı ola bilər.
Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə Türkiyənin AB məsələləri üzrə naziri Volkan Bozkır çıxış edib.
Onun sözlərinə görə, belə ordu formalaşdırmaq qabiliyyətində olan dövlətlər elə də çox deyil. Nazir deyib ki, hazırda AB fövqəldövlət statusunda olsa da, lakin “yumşaq güc” siyasəti həyata keçirmək məcburiyyətindədir, çünki Vahid Avropa Ordusu yoxdur.
Türkiyə rəsmisi ölkəsinin AB-yə qoşulması üçün Avropanın gələcəyinə strateji təsir edəcək 4 əsas meyara cavab verdiyini də vurğulayıb: “Bu – güclü iqtisadiyyat, gənc və işgüzar əhali, dünya neft-qaz resurslarının 70%-nin cəmləşdiyi regionda nəql marşrutlarında strateji mövqe, nəhayət, onun silahlı qüvvələridir”.