17 Oktyabr 2014 01:27
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-ə qarşı beynəlxalq antiterror koalisiyası yradılması çağırışları müqabilində bu terrorçu qruplaşmann təmsilçiləri dünya ölkələrini yenidən təhdid ediblər.

Teleqraf.com xəbər verir ki, Türkiyəni təhdid edən terrorçular İraq və Suriyaya girən hər bir koalisiya əsgərinin başının kəsiləcəyini bildirib.

“The İndependent” qəzetinin kəşfiyyat məlumatlarına görə, koalisiyanı təhdid edən terrorçular Britaniya, Almaniya və Fransa vətəndaşı olub. İngilis ləhcəsi ilə danışan və özünü “Əbu Abdullah Əl-Britani” adlandıran terrorçu qanları bahasına da olsa torpaqları qoruyacaqlarını deyib:

“Sizi İraqda gözləyirik. Kafirlər koalisiyasının gözləyirik. Onların silahlarına qənimət olaraq əl qoyacağıq və onlar öləcəklər. İraqı ala bilməzsiniz. Bu torpaqlar üçün qanımızı verməyə hazırıq. Gəlin və görün. İnşallah hər birinizi öldürəcəyik. Amerikalıların, fransızların başını kəsəcəyik”.


Müəllif:

Oxşar xəbərlər