27 Oktyabr 2020 20:13
6 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsəlmanlara qarşı edilən təhqirlər Fransanın daxili işidir, Türkiyə ölkəmizin daxili işlərinə qarışmamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa daxili işlər naziri Gerald Darmanin deyib.

Nazir Türkiyə ilə yanaşı, fransız məhsullarını boykot çağırışı edərək, Parisə nota verən Pakistanı da, ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.

Bundan başqa, Fransa hökuməti cümə günləri məscidlərdə “Fransa bizi qoruyur” adlı şeiri səsləndirmək qərarı verib.

Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanları təhqir edən fransız həmkarı Emmanuel Makronu sərt tənqid edib. O, Fransa başçısını “psixi xəstə” adlandırıb. Bundan sonra Yelisey sarayından verilən açıqlamada Ərdoğanın Makron haqda səsləndirdiyi fikirlərin qəbuledilməz olduğu bildirilib.

Fransanın Ankaradakı səfiri məsləhətləşmələr üçün Parisə çağırılıb. Türkiyə lideri isə ölkə vətəndaşlarına müraciət edərək, Fransa məhsullarını boykot etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər