17 Oktyabr 2014 09:40
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vitse-prezidentinin oğlu kokaindən istifadə etdiyinə görə Hərbi Dəniz Qüvvələrində (HDQ) ehtiyatda xidmətdən xaric edilib.


İxtisasca hüquqşünas olan 44 yaşlı Xanter Bayden Hərbi Dəniz Qüvvələrində (HDQ) ehtiyata 2013-cü ilin mayın 7-də ensin rütbəsində (ABŞ hərbi donanmasında ən kiçik zabit rütbəsi) götürülüb. O, Virqiniya ştatının Norfolk şəhərində Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsinə təyinat alıb. Xanter Bayden xidməti yerinə gəldikdə narkotik vasitələrdən istifadə edib-etmədiyini müəyyən edən standart testdən keçirilib. Testin nəticələrinə əsasən, onun qanında kokain aşkarlanıb.


Xanter Bayden ötən gün çıxışında donanmada xidmət onun üçün böyük şərəf olduğunu və Hərbi Dəniz Qüvvələrindən xaric edilməsinə təəssüf hissi keçirdiyini bildirib./apa/


Müəllif:

Oxşar xəbərlər