2 Noyabr 2020 10:00
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisus COVID-19 şübhəsiylə karantinə alınıb.

Teleqraf.com xəbər verir ki, baş katib koronavirus aşkarlanan bir şəxslə təmasda olduğu üçün karantinaya alındığını deyib:

"Özümü yaxşı hiss edirəm, məndə heç bir xəstəlik əlaməti yoxdur. Önümüzdəki günlərdə təcrid olacağam. Səhiyyə tövsiyələrinə uyğun olaraq işləmək çox vacibdir. COVID-19-un yayılmasının qarşısını ala və virusu məğlub edərək sağlamlığımızı qoruya bilərik.

ÜST-dəki dostlarım və mən insanları xilas etmək üçün birlikdə çalışmağa davam edəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər