ABŞ Yunan Kiprinin Rusiya hərbi gəmilərini limanlarına buraxmasından narazılığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Klark Kuper açıqlama verib.
“Kipr hələ də Rusiya donanmasının gəmilərinin limanlarına girdiyini inkar etmək üçün addımlar atmayıb. Bu və digər addımlar mütləq lazımdır. Kipr Respublikasından bu yöndə müvafiq addımların atılmasını gözləyirik”, - Kuper bildirib.