Rusiya və Ukrayna dövlət başçılarının avropalı liderlərlə Ukrayna böhranının həlli üçün etdiklərin görüşü müsbət səciyyələndirmək olar.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bunu İngiltərənin baş naziri Devid Kemeron deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Avropada dondurulmuş münaqişə görmək istəmir:
“Əgər bu doğrudursa Rusiya hərəkətə keçməli, müqaviləyə hörmət edərək əsgərlərini və ağır silahlarını Ukraynadan çəkməlidir. Bunlar olmasa, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları və təzyiqi davam etdirməlidir”.
Qeyd edək ki, Putin ukraynalı həmkarı Petro Poroşenko ilə bu gün İtaliyanın paytaxtı Milan şəhərində Asiya-Avropa sammiti çərçivəsində görüş keçirib.
Samir