Uşaqlara təcavüz edən həkim həbs olundu
Almaniyada uşaq həkimi Münhen, Auqsburq və Hannover şəhərlərində uşaqların cinsi istismarı ittihamı ilə həbs olunub.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmədə susma hüququndan istifadə edən həkimin uşaqlara təcavüz edib-etmədiyi hələ ki sübut olunmayıb. Auqsburqlu həkimin 2012-2014-cü illərdə 4-7 yaş arası çoxlu sayda uşağa təcavüz etdiyi bildirilir.
Polisin evdə apardığı axtarış nəticəsində təcavüz və cinsi istismar ilə əlaqədar çox sayda dəlil tapılıb. Həkimin son olaraq 18 avqustda Hannoverdə 5 yaşlı uşağa avtomobilində təcavüz etdiyi bildirilir.
Həkimin DNT izləri və cib telefonundan əldə edilən məlumatlar da dəlillərlərin siyahısına əlavə olunub.
Rüstəm