Liviya Baş naziri Fəyaz Sərracı istefa qərarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daşındırıb.
Teleqraf.com xəbər verir ki, oktyabr ayının sonlarında istefa verəcəyini açıqlayan Liviya baş naziri ötən günlərdə İstanbula gəlmiş, Türkiyə lideri ilə görüşmüşdü.
Görüşdə liderlər arasında müzakirə edilən məsələlərin təfərrüatı məlum olub. Görüşdə Ərdoğan Sərraca bu sözləri deyib: “Hazırda istefa versən, bu, Liviyadakı tarazlığı dəyişdirəcək. Liviya xalqının sənə ehtiyacı var”.
Bundan sonra qərarını dəyişdirən Sərrac Tripoliya qayıdaraq istefa verməkdən imtina edib.
Ərdoğan-Sərrac görüşündə, eyni zamanda Türkiyənin Liviyadakı hərbi fəaliyyəti də müzakirə olunub. Digər yandan, Türkiyə başçısının qarşıdakı günlərdə Liviyaya gedəcəyi planlaşdırılır. Ərdoğan bu ölkədə son dəfə 2011-ci ildə olub.