9 Noyabr 2020 23:39
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyası ilə mübarizə məqsədilə işçi qrupunu yaradacağını elan edən demokrat namizəd Co Baydenin ABŞ-da keçirilən seçkilərdə qalib gəlməsindən sonra neftin qiymətləri iki faiz bahalaşıb.

Teleqraf.com xəbər verir ki, investorlar Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanın pandemiya dönəmində bazarlarda tarazlıq yaratmaq üçün daxili istehsalın müəyyən həcmdə artırılacağını da nəzərə alıblar.

Bundan sonra Brent markalı neftin qiyməti 2.31 faiz artaraq 40.36, Texas markalı neftin qiyməti isə 2.45 faiz artaraq 38.05 dollar olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər