18 Oktyabr 2014 06:18
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə İran arasında münasibətlər yenidən kəskinləşib.

Teleqraf.com-un məlumatına görə, iranlı səlahiyyətlilərin Türkiyənin Yeni Osmanlı planları qurduğu, hətta Kobaniyə yardım göndərilməsinə əngəl olduğu ilə bağlı ittihamları Ankara hökumətini ciddi tədbirlər görməyə vadar edib.

Rəsmi Ankara İran səfrini Xarici İşlər Nazirliyinə çağıraraq İran hökumət nümayəndələrinin açıqlamalarından dərin narahatlıq keçirdiklərini bildirib. Həmçinin İran səfiri Əli Rza Bikdəliyə Türkiyənin lazım olan addımları atarkən heç kimdən icazə almaq məcburiyyətində olmadığı fikri çatdırılıb.

Xarici İşlər Nazirliyi sözçüsü Tanju Bilgiç də İrandan verilən açıqlamaların əsassız olduğunu vurğulayıb.

Bölgədəki təhlükəsizliyin təmin edilməsi üçün Əsəd rejiminin getməsi lazım olduğunu qeyd edən Bilgiç Türkiyənin milli təhlükəsizliyinə təhdidlər yaranacağı halda, beynəlxalq hüquq əsasında lazımlı tədbirlərin görüləcəyini bildirib.

Xatırladaq ki, İran Xarici İşlər nazirinin müavini Əmir Abdullahyan və İran Baş Qərargah rəhbəri general Həsən Firuzabadi açıqlamalarında Türkiyənin Yeni Osmanlı qurulması istiqamətində planlar hazırladığını və Kobaniyə lazım olan humanitar yardımların göndərilməsində maneələr törədiliyini vurğulayıblar.


Müəllif:

Oxşar xəbərlər