Qazaxıstan Respublikasının dil siyasətinin həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə dövlət proqramına uyğun olaraq Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi tərəfindən qazax dilinin, ədəbiyyatının və mədəniyyətinin təşviqi məqsədilə Ş.Şayaxmetov adına “Til-ğazına” Milli Elmi-Praktiki Mərkəzi yanında Qazax dilinin öyrənilməsi üzrə Abay İnstitutu adlı açıq onlayn tədris platforması yaradılıb.
Bu barədə Teleqraf.com-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Abay İnstitutu çərçivəsində qazax dilinin öyrənilməsi https://abai.institute portalı vasitəsilə həyata keçirilir. Portalda xaricdə yaşayan diaspor üçün qazax dilinin öyrədilməsi məzmunu yerləşdirilib. Qazax dilini öyrənən hər kəsə şəxsi kabinet açmaq imkanı verilir. Həmçinin, Abay İnstitutu vasitəsilə ingilis, alman, fars, türk, rus dillərində Qazaxıstanın həyatı, mədəniyyəti, adət-ənənələri, xalqı, təbiəti, tarixi şəxsiyyətləri, insan kapitalı haqqında məlumatlar veriləcək.