Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər barədə texniki danışıqlar aparacaq 20 nəfərlik Rusiya nümayəndə heyəti bu gün Ankaraya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Müdafiə və Xarici İşlər Nazirliklərində görüşlər zamanı nümayəndə heyəti Qarabağdakı atəşkəsdən sonra həyata keçiriləcək işlər barədə texniki danışıqlar aparacaq.
Görüşdə tərəflərin harada duracağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələlər taktika və texnika baxımından müzakirə ediləcək.