ABŞ prezidenti seçilən Co Bayden Donald Tramp komandası ilə COVID-19 peyvəndinin kütləvi şəkildə vurulması mərhələsinə qısa müddətdə nail olmaq istədiyini deyib. Bayden bildirib ki, birgə əməkdaşlıq olmasa, çoxsaylı insanlar ölə bilər.
Teleqraf.com xəbər verir ki, Co Bayden ABŞ-ın “BioNTech” və Amerikanın “Moderna” şirkəti tərəfindən hazırlanan peyvəndləri vurdurmaqdan tərəddüd etmədiyini açıqlayıb.
Bayden bildirib ki, koronavirusa qalib gəlmək üçün mübarizə tədbirlərini artırmaq lazımdır:
“Qarşımızda qaranlıq bir qış var, işlər qaydasına qoyulana qədər çətinliklə üzləşəcəyik. Virusu nəzarət altına almaq üçün iqtisadiyyatı gücləndirməliyik. Yalnız bunun sayəsində epidemiyaya qalib gəlmək olar. Kiçik müəssisə və sahibkarlara dəstək vermək lazımdır. ABŞ Konqresi toplaşaraq iqtisadi yardım paketini dərhal qəbul etməlidir”.