Rəsmi Tiflis bəyan edib ki, Rusiyanın təzyiqləri qarşısında NATO-nun Gürcüstan ərazisində yerləşdirmək istədiyi mərkəzin yaradılmasından imtina etməyəcək.
Teleqraf.com “Szona.org”a istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya çıxış edib. O, Gürcüstana stabilliyin gərəkli olduğunu deyib:
“Biz heç vaxt ruslar qarşısında baş əyib, Rusiyanın Gürcüstan üçün nəyin yaxşı olması ilə bağlı diktələrinə tabe olmayacağıq. Bu mərkəz NATO ilə Gürcüstanın birgə idarəsi olacaq və Gürcüstanın təhlükəsizliyini təmin edəcək”.