18 Noyabr 2020 21:51
3 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin birliyini və ərazi bütövlüyünü dəstəkləyən siyasətçilər yeni kürd partiyası qurmağa hazırlaşırlar”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, Ağrı vilayətinin bələdiyyət sədri Savcı Sayan məlumat verib.

O, yeni partiyanın “Cümhur İttifaqı”na (AKP-MHP) dəstək verəcəyini iddia edib:

"HDP-yə qarşı birləşən, terrorizmi rədd edən, Vətənin birlik və bərabərliyinə tam dəstək verən kürd siyasətçilər yeni bir partiya qurub “Cümhur İttifaqı”na dəstək verəcəklər. Yeni və təsdiq olunmuş məlumatdır. Xeyirlisi olsun”, - bələdiyyət sədri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər