27 Noyabr 2020 08:45
1 118

ABŞ Prezidenti Donald Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, D.Tramp jurnalistlərə seçicilər kollegiyası demokrat Cozef Baydenə səs verərsə, Ağ Evi tərk edəcəyini bildirib.

ABŞ-ın hazırkı prezidenti bildirib: "Kütləvi saxtakarlıq olduğunu bildiyimiz üçün təslim olmaq çox çətindir. Zaman bizim tərəfimizdə, hər şey, faktlar bizim tərəfimizdə. Kütləvi saxtakarlıq var idi, ölkəmizdə belə bir şey olmamalı idi, biz sanki üçüncü dünya ölkəsiyik. Maşınlarımız var (səslərin sayılması üçün - red.), amma heç kim onların necə sayıldığını bilmir".

D.Tramp qeyd edib ki, seçicilər kollegiyası C.Baydenə səs verməklə səhvə yol verəcəklər, çünki seçkilərdə saxtakarlıqlar baş verib.


Müəllif: Teleqraf.com