20 Oktyabr 2014 08:50
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikası Ebola virusu ilə mübarizə məqsədilə xüsusi tədbirlər olanı hazırlayıb. Teleqraf.com İSNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi deyib.

Onun sözlərinə görə, ölkənin iki böyük aeroportunda Afrika qitəsi və Ebola virusunun aşkar olunduğu digər ölkələrdən gələn insanları müayinə etmək məqsədilə xüsusi təyinatlı tibb mərkəzləri yaradılıb.

Bütün sərhəd-keçid məntəqələrində ölkəyə gələn vətəndaşlara təlimatlar verilir və müayinə olunur.
Qeyd edək ki, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər