2 Dekabr 2020 22:29
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) şəhərin meriyasına istinadən xəbər verib.

Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibdət zalına odsöndürən məhlulu töküblər.

Gecə növbəsindən qayıdan sakinlərdən biri onları gördükdə cinayətkarlar qaçaraq gizləniblər. Polis onların istifadə etdiyi avtomobili qonşu kommunada yandırılmış vəziyyətdə aşkarlayıbr.

AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadən xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər