5 Dekabr 2020 22:11
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada 31 min 896 nəfər COVID-19-a yoluxub, 196 nəfər infeksiyadan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 14 min 705 nəfərə yüksəlib.

Ölkədə ümumilikdə 533 min 198 nəfər koronavirusa yoluxub.


Müəllif: Teleqraf.com