7 Dekabr 2020 11:26
2 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni nəsil S-500 “Prometey” zenit-raket kompleksi sistemləri Rusiya ordusunda silahlanmaya daxil edilməyənədək ixrac olunmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

“Satışa başlamazdan əvvəl öz ordumuzu təmin etməliyik, sonra isə ixrac barədə söhbət gedə bilər. Hələ heç ixrac və sərgi pasportumuz yoxdur. Odur ki, bu barədə danışmaq tezdir”, – deyə RİA Novosti Çemezovun sözlərindən sitat gətirir.

O əlavə edib ki, bir sıra ölkələr artıq sistemin satın alınmasında maraqlıdır.

“Amma kimin maraqlandığını deməyəcəm. Bura bizdən S-400 alanlar da daxildir", – deyə Çemezov vurğulayıb.

Noyabr ayının sonunda bildirildiyi kimi S-500-ün yaradılması üzərində iş 2021-ci ildə başa çatacaq.

Mütəxəssislərin fikrincə, digər şeylərlə yanaşı kosmosdan gələn təhdidləri də dəf etməyə qadir olan S-500-ün dünyada analoqu yoxdur.


Müəllif: Səxavət

Oxşar xəbərlər