12 Dekabr 2020 20:03
2 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə İranda baş verən etiraz aksiyaları haqqında yazan jurnalist Ruhollah Zam edam olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə beynəlxalq mediada xəbər yayılıb.

Qeyd edək ki, Zam daha əvvəl Parisdə sürgündə olub.

İrana nə üçün və necə getdiyi dəqiq bilinməyən jurnalist ölkəsində xüsusi xidmət orqanları tərəfindən saxlanılmışdı.

“Röyter” agentliyi qeyd edib ki, İran Ali Məhkəməsi sürgündə olmuş və 2019-cu ildə həbs edilən Zamın ölüm cəzasını təsdiqləyib.

Jurnalist bu gün səhər saatlarında edam olunub.

Jurnalist hələ avqust ayında bildirmişdi ki, 2019-cu ildə saxlanıldıqdan bu yana 30 kiloqram arıqlayıb.

Xatırladaq ki, Zam "Amadnews" adlı saytda iranlı məmurlar və rəhbərlər haqqında videolar paylaşırdı. Xəbər saytının bir milyondan artıq izləyicisi olub.

Jurnalist həmçinin iqtisadi problemlər səbəbindən 2017-ci ildə İranda baş verən etiraz aksiyalarını dünyaya yayan şəxslərdən sayılır. O, bu aksiyaları Teleqram kanalı vasitəsilə yayıb. Teleqram kanalı isə İran hökumətinin tələbi əsasında Zamın səhifəsini qapayıb. Lakin bu jurnalistin fəaliyyətinə maneə ola bilməyib. Zam yeni səhifə açaraq İran idarəçilərini tənqid etməkdə davam edib.

Jurnalist İranda qanunsuz yolla hakimiyyət dəyişikliyinə cəhd, casusluq və digər ittihamlarla məhkəmə qarşısına çıxarılmışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər