Rusiya “İsgəndər – M” raketlərini Krımda yerləşdirməyə hazırlaşır. Teleqraf.com-un məlumatına görə, bu raketlər bilavasitə nüvə təyinatlı olub, ön Asiyanı və Avropanın cənub-şərqini nəzarətdə saxlamağa xidmət edəcək.
Bu arada Krımda Rusiyanın Tu-22M3 bombardımançı təyyarələrinin yerləşdiriləcəyi də bəlli olub. Qeyd edək ki, Krımın bu ilin martında anneksiyasından sonra yarımadada yerləşdirilən rus silahlı qüvvələrinin sayı və müvafiq texnika dəfələrlə artırılıb.
Rusiya kütləvi informasiya vasitələrinin yazdığına görə, yarımadada başlanan yüksək hərbiləşdirmə prosesi 2016-ci ildə başa çatdıracaq.