15 Dekabr 2020 13:35
2 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Müdafiə sənayesi naziri İsmayıl Dəmir ABŞ-ın sanksiya qərarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, nazir bu qərarın Türkiyənin müdafiə sənayesinin işini axsatmayacağını, əksinə, görülən işləri daha da sürətləndirəcəyini söyləyib.

“Bu qərarın münasibətlərimizə çox təsir etməyəcəyini gözləyirik. Bizim nöqteyi-nəzərimizdən daxili sənayenin inkişafı davam edəcək, bəlkə daha sürətli olacaq. Bu mənada, məlum qərar bir işarə fişəngi və xəbərdarlıq olacaq”, - Dəmir qeyd edib.

Əlavə edək ki, dünən ABŞ Xəzinə Nazirliyi Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə sanksiyaların tətbiq edildiyini açıqlayıb. Sanksiyaların Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması səbəbindən tətbiq olunduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər