15 Dekabr 2020 20:40
3 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Türkiyə ilə birgə Pilotsuz Uçan Aparat (PUA) istehsalı və digər hərbi-texniki məsələlərlə bağlı anlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda artıq bu barədə iki ölkə arasında müqavilələrin imzalandığı bildirilib. Açıqlamada bunun hərbi sahədə ilk xarici anlaşma olduğuna diqqət çəkilib.

“Türkiyə ilə əldə etdiyimiz bu iki anlaşma, Ukrayna tarixində hərbi sahədə imzalanan ilk xarici razılaşmadır. Bu anlaşmalar Qara və Azov dənizlərində təhlükəsizliyin gücləndirməsi məqsədi daşıyır”, - Ukrayna müdafiə naziri Andrey Taran qeyd edib.

Əlavə edək ki, Andrey Taran dünən Ankarada Türkiyənin müdafiəs sənayes naziri İsmayıl Dəmirlə görüşmüşdü. Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Ruslan Xomçak bundan əvvəl verdiyi açıqlamada qarşıdakı il ərzində Türkiyədən 5 ədəd PUA-nın satın alınacağını açıqlamışdı. Ötən il Ukrayna və Türkiyə arasında əldə edilmiş 69 milyon dollarlıq anlaşma çərçivəsində Ankaradan Ukrayna ordusu üçün 6 “Bayraktar TB2” və 200 “MAM-L” tipli raket alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər