17 Dekabr 2020 09:58
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Daxili İşlər naziri Devid Bernhardtın koronavirus testi müsbət çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti nazirliyin nümayəndəsinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, nazirin xəstəliyi simptomsuzdur. D.Bernhardt karantin rejimində işinə davam edəcək.

Bundan əvvəl – dekabrın 16-da ABŞ dövlət katibi Mayk Pompeonun yeni növ koronavirus infeksiyası – COVID-19 daşıyıcısı olan bir nəfərlə təmasda olduğu üçün karantinə alındığı bildirilmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər