19 Dekabr 2020 14:31
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın cənub-qərbindəki Tokuşima əyalətindəki quşçuluq təsərrüfatında “quş qripi” qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Nəşrin xəbərinə görə, Tokuşima əyalətinin Ava şəhərində təsbit edilən hadisədən sonra təxminən 10 min toyuq məhv edilib. Xəbərlərdə son yoluxma faktı ilə birlikdə bunun Yaponiyada noyabr ayında bəri 12-ci “quş qripi” hadisəsi olduğu bildirilib.

Noyabr ayında Kaqavadan sonra Fukuoka, Hyoqo, Miyazaki, Nara, Xirosima, Vakayama, Oita, Okayama, Şiqa və Koçi əyalətlərində də “quş qripi”nə yoluxma aşkar olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər