İsrailin Baş naziri Binyamin Netanyahu dekabrın 23-dən etibarən əcnəbilərin ölkəyə girişinə qadağa qoyulacağını elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb. Məlumata görə, koronavirusun yeni tipinin meydana gəlməsi ilə əlaqədar ölkəyə qayıdan israillilər üçün xüsusi mərkəzlərdə məcburi karantin tətbiq olunacaq.
Koronavirus üzrə hökumət komissiyasının iclasında qəbul edilən qərara əsasən, İsrail Dövlətinin hava məkanı dekabrın 23-dən bağlanacaq. Müstəsna hallar istisna olmaqla, xarici vətəndaşlar ölkəyə buraxılmayacaq. Bu andan 48 saat sonra vətənə qayıdan israillilər xüsusi mərkəzlərdə karantinə göndəriləcək. Əgər onlar yaxın 48 saat ərzində qayıdarlarsa, karantini evdə keçə biləcəklər.