COVID-19 böhranı müddətində insanlar üçün birbaşa və mərkəzləşdirilmiş resurs yaratmaq məqsədilə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Business Center” Korporasiyası, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi və Maldiv adaları nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində ‘Evdeqal’ platforması Maldiv Respublikasında fəaliyyətə başlayır.
Teleqraf.com xəbər verir ki, “Evdeqal” - koronavirus pandemiyası zamanı fərdlər, ailələr, tələbə, biznes və digər hədəf qrupları üçün xidmət, resurs və məlumatı vahid mənbədə təqdim edən onlayn platformadır.