23 Dekabr 2020 08:25
4 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail sualtı gəmisinin Süveyş kanalını keçərək Bəsrə körfəzinə doğru hərəkət etdiyi və bunun İranı qorxutmaq məqsədi daşıdığı bildirilib.

Teleqraf.com xəbər verir ki, “Times of Israel” qəzeti Bəsrə körfəzinə gedən sualtı gəminin dəniz səviyyəsində üzdüyünü yazıb.

Məlumatda İsrailə məxsus gəminin Misirin razılığı ilə Süveyş kanalından keçdiyinə diqqət çəkilib. Sualtı gəminin İranı qorxutmaq məqsədilə sözügedən su hövzəsinə göndəildiyi vurğulanıb və bunun İranın nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsindən sonra verdiyi açıqlamalara bir cavab olduğu bildirilib.

Məlumatda İsrail ordusunun məsələ ilə bağlı açıqlama verməkdən imtina etdiyi deyilsə də, ABŞ Hərbi Donanmasına məxsus nüvə başlığı daşımaq gücündə olan “USS Georgia” raket sualtı gəmisi və iki idarəolunan raket kreyserinin Hörmüz boğazına girdiyi açıqlanıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin verdiyi açıqlamada Səudiyyə Ərəbistanı Hava və Dəniz Qüvvələri ilə birlikdə Bəsrə körfəzində təlimlərin keçirildiyi söylənilib.

İranın nüvə proqramının əsas simalarından biri olan Möhsün Fəxrizadə noyabrın 27-də Tehran əyalətinin Abserd rayonunda avtomobilinə edilən hücumda öldürülüb. İran Prezidenti Həsən Ruhani Fəxrizadənin öldürülməsinin İsrailin tələsi olduğunu və sui-qəsdə cavabın uyğun zamanda veriləcəyini demişdi.

İsrailin baş qərargah rəisi Aviv Koçavi isə Ruhaniyə cavabında bildirib ki, İran və radikal tərəfdaşları İsrailə qarşı hər hansı bir addım atsalar, bu, onlara baha başa gələcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər