Hindistanlı biznesmen işlərində göstərdikləri yüksək nəticəyə görə işçilərinə 8 milyon dollarlıq sərvət paylayıb.
Teleqraf.com xəbər verir ki, Hindistanda almaz ticarəti ilə məşgul olan biznesmen son iki ildə işçilərinə 8 milyon dollarlıq qızıl-briliyant, avtomobil və ev hədiyyə edib.
BBC-nin xəbərinə görə, mərkəzi Qucarat əyalətində olan “Hrişikeş” şirkətinin sahibi Savji Dholakiadır. O, son 2 ildə yüksək nəticə göstərən 1216 işçisini 491 avtomobil, 525 qızıl-briliyant və 200 evlə mükafatlandırıb.
Ölkənin ən məşhur almaz ixracatçılarından olan Dholakia, işçilərinə göndərdiyi mesajda “Bu şirkət sizin sayənizdə qazanc əldə edir. İşçilərimiz xoşbəxt olarsa uğur qazana bilərik” deyib.
7500 işçisi olan şirkətin ABŞ, Belçika və Çində də ofisləri var.
Rüstəm