“Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti humanitar fəlakətin qarşısını almaq və yerli əhalini qorumaq üçün yerləşdirilib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin baş qərargahının rəisi Valeri Gerasimov xarici attaşelər üçün brifinq zamanı söyləyib.
“Humanitar fəlakətin qarşısını almaq və yerli əhalini qorumaq üçün münaqişə bölgəsindəki üçtərəfli razılaşmalara uyğun olaraq, Mərkəzi Hərbi Dairənin 15-ci motoatıcı briqadasından Rusiya sülhməramlı qüvvələri dərhal bölgədə yerləşdirildi”, - Gerasimov qeyd edib.
Rusiyalı sülhməramlıların birliklərinin indiyə qədər Laçın dəhlizinə və Dağlıq Qarabağ ərazisinə tam nəzarət etdiyini deyib.
Onun sözlərinə görə, sülhməramlılar 23 müşahidə məntəqəsində atəşkəs və döyüş əməliyyatları barədə razılaşmaların həyata keçirilməsini təmin edirlər.