“Rusiyaya miqrant axının əsas səbəbi inkişaf etmiş iqtisadiyyat idi, amma son illərdə vəziyyət o qədər də ürəkaçan deyil”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı iqtisadçı Artyom Lukin deyib.
“Rusiya iqtisadiyyatı nə qədər yaxşı olsa, insanlar ölkəmizə o qədə çox miqrasiya etmək istəyəcəklər. Təəssüf ki, son illərdə Rusiya iqtisadiyyatı durğunluq ərəfəsindədir. Rusiyanın əmək bazarı daralır və maaşlar artmır, hətta düşür, əvvəlki kimi cəlbedici deyil”, - ekspert qeyd edib.
COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsir göstərdiyini bildirən Lukin qeyd edib ki, tətbiq olunan səyahət məhdudiyyətləri Rusiyaya daxil olan miqrant sayını xeyli azaldıb.
O, iqtisadi problemlər səbəbindən artıq xarici ölkə vətəndaşları üçün Rusiyanın cəlbedici olmadığını, hətta federasiyada yaşayan rusların Avropaya üz tutduqlarını deyib: “Vətəndaşlarımız artıq Avropa ölkələrində işləməyə başlayıblar”.
Ekspert Rusiyada həyatın həm əcnəbi işçilər, həm də ölkə vətəndaşları üçün çətinləşdiyini söyləyib.