Gürcüstanda ilk dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçilib.
Teleqraf.com xəbər verir ki, dekabrın 21-də start verilən səsvermə prosesi dekabrın 25-i saat 21:00-da başa çatıb. Nika Meliya onlayn səsvermə yolu ilə Gürcüstanın əsas ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (VMH) partiyasının sədri seçilib.
Onlayn səsvermə 4 gün davam edib və partiya üzvləri ilə yanaşı, siyasi tərəfdarlar da iştirak ediblər.
Qeyd edək ki, “Vahid Milli Hərəkat” partiyası 2001-ci ildə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfindən təsis olunub. M.Saakaşvilidən sonra VMHP-yə rəhbərlik edən Qriqol Vaşadze bu il dekabrın 15-də siyasi qurumun sədri vəzifəsindən istefa verib.