Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargah məlumat yayıb.
Məlumatda qeyd olunur ki, son 24 saatda Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə həyatını itirib.
Ümumilikdə Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 10 913 nəfərə çatıb.