27 Dekabr 2020 18:57
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə Rusiyada koronavirusa qarşı hazırlanmış “Sputnik V” vaksini ilə peyvənd olmaq tövsiyəsinə görə minnətdardır, lakin onu yerinə yetirməyəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross tvitterdə yazıb.

“Səfir Sallivan peyvənd təklifinə görə Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edir, lakin Rusiya vətəndaşı üçün nəzərdə tutulan “Sputnik V” dozasını qəbul etmək istəmir”, - deyə Rebekka Ross tvitterdə yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər