Fransa Prezidenti Emmanuel Makron ölkəsində yaşayan 6 milyon müsəlman vətəndaşa qarşı sərt addımlar atmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Parisdə fərqli dinlərə mənsub olan şagirdlərin dini simvolları gəzdirməsinə icazə verən yeganə məktəbin bağlanılması haqda qərar verilib.
Artıq müsəlmanlara hicab, yəhudilərə papaq, xristianlara xaç taxmağa icazə verən məktəbin bağlanması üçün tədbirlərə start verilib.
Parisin ədliyyə qurumu və polisi məktəbin radikal İslamla mübarizə üçün bağlanıldığını, uşaqları, gəncləri qorumaq üçün bu addımı atdıqlarını bildirib.
Məktəbdə təhsil alanlar isə qərarın təxirə salınmasını tələb edirlər.