30 Dekabr 2020 14:52
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-nın daha iki terrorçusu Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub.

Teleqraf.com xəbər verir ki, bu barədə qardaş ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, danışıqlar sayəsində proses baş tutub.

Təslim olanlardan biri 2012, digəri isə 2015-ci ildə PKK sıralarına qatılıb. Əsasən Suriya və İraqda fəaliyyət göstəriblər.

Qeyd edək ki, 2020-ci ildə danışıqlar vasitəsilə PKK terror təşkilatının 243 üzvü Türkiyə hüquq-mühafizə orqanlarına könüllü təslim olub.


Müəllif: Cavad

Oxşar xəbərlər