Son 1 ildə Çində 2400 nəfər edam olunub. Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu informasiya “Duy Xua” İnsan Hüquqları Fondunun hesabatında yayılıb.
Fondun məlumatına əsasən, bu rəqəm son iki ilin göstəriciləri ilə müqayisədə 20% azdır. Buna baxmayaraq, Çin ölüm hökmlərinin sayına görə lider olaraq qalır.
Ölkədə ölüm hökmləri ilə bağlı xəbərlər dövlət sirri sayılsa da, hüquq müdafiəçiləri məlumatları bilavasitə məhkəmə orqanlarından aldıqlarını bildiriblər.