ABŞ Prezidenti Donald Trampın “seçkilərdə dürüstlüyü təmin etdirmək” məqsədilə Ali Məhkəməyə müraciət etdiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 3-də keçirilmiş prezident seçkilərində demokratik namizəd Co Baydenin qələbəsindən sonra Donald Trampın etirazı ilə bağlı yeni bir gəlişmə baş verir.
Trampın seçki kampaniyasını aparan komandası sosial şəb’kə hesabında bildirib ki, Viskonsin ştatında Co Baydenin lehinə yekunlaşan səsvermənin nəticələrinin dəyişdirilməsi üçün Ali Məhkəmə qarşısında iddia qaldırılıb.