1 Yanvar 2021 01:23
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan 239 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 14 380 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalanların sayı 20 881 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 208 652 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 100 650 nəfər sağalıb, 20 881 nəfər isə ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər