ABŞ Prezidenti Donald Tramp əmək vizalarının verilməsinə qoyulan məhdudiyyəti uzadıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məlumatda bildirilib ki, dövlət başçısının COVID-19 pandemiyası səbəbindən böhrana qarşı mübarizə çərçivəsində viza verilməsinin dayandırılması barədə sərəncamının qüvvədə qalma müddəti 2021-ci il mart ayının sonuna qədər uzadılıb.
Ağ Evə görə, tədbir pandemiya zamanı işsizliyin kəskin artması fonunda amerikalı işçilər üçün məşğulluq imkanları yaratmağa xidmət edir.