22 Oktyabr 2014 11:01
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı apardığı əməliyyatlara 424 milyon dollar sərf edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kibri bildirib. Onun sözlərinə görə, əməliyyatların xərci gündəlik 7,6 milyon dollar olaraq qiymətləndirilir. Kibri həmçinin aparılan əməliyyatların çox ləng həyata keçirildiyini və dönüş nöqtəsinin əldə olunacağının çətinliyini qeyd edib.

O, Kobanidəki vəziyyətin hələ də qeyri-stabil qaldığını, ancaq şəhərin tam azad olunacağına ümid etdiyini bildirib. Kibri deyib ki, ABŞ İŞİD ilə mübarizə apardığı müddətdə kürd qüvvələrinə yardımı da artırır: “Şəhərdə mürəkkəb və mübahisəli atmosfer hökm sürür. Ancaq buna baxmayaraq, Kobaninin böyük hissəsi kürd qüvvlərinin nəzarətindədir”.

Samir


Müəllif:

Oxşar xəbərlər