4 Yanvar 2021 09:14
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstandan keçməklə Pakistanla Özbəkistan arasında yeni dəhliz – Transəfqanıstan dəmir yolu dəhlizi yaradılır.

Teleqraf.com xəbər verir ki, Pakistanın Baş naziri İmran Xan dəhlizin tikinti layihəsini təsdiq edib. Beynəlxalq maliyyə institutlarının bu layihəyə 4,8 milyard dollar dəyərində vəsait ayırması planlaşdırılır.

Pakistanın nəqliyyat naziri Azam Xan Svat bildirib ki, yeni dəmir yolu xətti ilə hər iki istiqamətə sərnişin və yük daşınmaları nəzərdə tutulur.


Müəllif: Teleqraf.com