İran Fordodakı nüvə müəssisəsində uranı 20 faizə qədər zənginləşdirməyə nail olub.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi bildirib.
“Təxminən axşam saat 19:00-da (bazar ertəsi günü) biz uranın 20 faizədək zənginləşdirilməsinə nail olduq”, – deyə “IRINN” telekanalı onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Tehran parlamentinin təşəbbüsü ilə qəbul edilmiş “Sanksiyaların ləğvi üçün strateji tədbir” adlı qanun təsdiqlənib. Sənəd zənginləşdirmə səviyyəsi 20 və daha yüksək olan uran istehsalını nəzərdə tutur ki, bu dərəcədə zənginləşdirilmiş uran silah dərəcəsi sayılır.