6 Yanvar 2021 11:31
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Xarici işlər naziri Ara Ayvazyan Rusiyanın razılığı olmasaydı, Xankəndinə gələ bilməzdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Rusiyanın post-sovet məkanında hərbi-siyasi fəallığını artırdığını söyləyib:

“Ara kimdir ki, özbaşına Xankəndinə səfər etsin?! Qənaətimə görə, səfər Moskvanın razılığı ilə baş tutub. Maraqlıdır, Brüssel, Vaşinqton səssizcə Putinə “yaşıl işıq” yandırdılar. Bu tərəfdən də, Qazaxıstan və Rusiya arasında mübahisə qızışır.

Qazaxıstan Prezidenti Comart Tokayev rus deputatların torpaq iddiasına cavab verib: “Heç kim bu geniş topraqları Qazaxlara hədiyyə etməyib. Tariximiz 1991 və 1936-cı illərdən ibarət deyildir. Biz bu torpaqlarda əcdadlarımız olan Qazax Xanlığı, Qızıl Orda, Türk Xaqanlığı, Hunlar və Saxalar dönəmində var idik."

Mən artıq bununla bağlı bir neçə dəfə yazmışam. Rusiya Belarus və Qazaxıstanı yaxın illərdə işğal etmək iddiasındadır. Söhbət hər iki dövlətin bir hissəsinin işğalında gedir. Lukaşenko son seçkilərdə ipi tamamilə əldən verdi.

Hələ bir il əvvəl yazmışdım ki, 2023-2024 Rusiyanın bəzi regionlarda de-fakto, bəzi regionlarda de-yure ərazilərinin genişlənəcəyi illər ola bilər”.

Zaur Məmmədov hesab edir ki, Azərbaycan Rusiyanın artan fəallığında qarşı hərəkətə keçməlidir:

“Birinci, Böyük Britaniya ilə intensiv danışıqlar apararaq Qafqazda London amilini günləndirməliyik. İkinci, yəhudi lobbisinin köməyilə Bayden administrasiyası ilə bazarlıq etməliyik. Üçüncü, Türkiyə-Rusiya formatında Bakının iştirakı təmin edilərək, üçtərəfli görüşlər keçirilməlidir.

Ayvazyana isə fikir vermək lazım deyil, vaxtilə Paşinyan da Şuşaya səfər edirdi. Qoy səhv etsinlər, danışıqları pozsunlar. Düşmənin səhvi bizim uğurumuzdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər