6 Yanvar 2021 12:48
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Qasım Süleymaninin öldürülməsi ilə əlaqəli olan ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla 48 Amerika rəsmisi ilə bağlı İnterpoldan “qırmızı bülleten” tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Qulam Möhsün İsmayıli açıqlama verib.

İsmayıli iranlı generalın qətli ilə bağlı açılan cinayət işini ciddi şəkildə təqib etdiklərini, yeni faktların əldə olunduğunu bildirib.

O, İraq başda olmaqla 6 ölkə ilə sui-qəsdin istintaqında əməkdaşlıq etdiklərini deyib: “Sui-qəsddə baş cinayətkar - ABŞ prezidenti, Pentaqon komandanları və səlahiyyətli şəxslərinin rolu müəyyən edilib”.

İsmayıli ABŞ rəsmiləri ilə əlaqədar İnterpoldan “qırmızı bülleten” tələb etdiklərini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər