İngiltərə Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın tərəfdarlarının Konqresin binasına basqınını “utandırıcı” adlandırıb.
Teleqraf.com xəbər verir ki, baş nazir baş verənlərin Amerikanın demokratik imicinə yaraşmadığını bildirib.
“ABŞ Konqresində baş verənlər utandırıcıdır. Amerika Birləşmiş Ştatları dünya miqyasında demokratiyanı müdafiə edir, indi hakimiyyətin dinc və nizamlı şəkildə ötürülməsi həyati əhəmiyyətlidir”, - Conson qeyd edib.